Bölgə

Paşinyanın əmlakı yoxlanılacaq

Ermənistanın Korrupsiyaya Qarşı Mübarizə Komissiyası ölkənin bütün dövlət məmurlarının əmlakının yoxlanılması üçün Ermənistan Milli Təhlükəsizlik Xidmətinə müraciət edib.

Bu barədə məlumatı öz mənbələrinə istinadən “Joxovurd” qəzeti yayıb.

Məlumata görə, əməliyyat qrupu vəzifəli şəxslərin bəyan edilməmiş biznes, daşınar və daşınmaz əmlakının olub-olmadığını yoxlamalıdır.

Qəzet yazır ki, Milli Təhlükəsizlik Xidmətinə təqdim edilən siyahıya yüksəkvəzifəli məmurlar, eləcə də ölkənin Baş Naziri Nikol Paşinyan, Baş nazirin müavinləri, ölkə Prezidenti Vaaqn Xaçaturyan, parlamentin spikeri Alen Simonyan, deputatlar və digərləri daxildir. (qafqazinfo)

Related Articles

Bir cavab yazın

Back to top button