İran

Bəhailərə ağır həbs cəzası verildi

İranda bəhailərin sistematik şəkildə təqib edilməsinin davamında daha 6 bəhai vətəndaşı ümumilikdə 32 il 10 ay müddətinə azadlıqdan məhrum edilib.

Bu barədə Beynəlxalq Bəhai İcması məlumat yayıb.

Tehran İnqilab Məhkəməsinin qərarına əsasən islam dininin bəhai təriqətinə mənsub 4 nəfər hər biri 6 il, 2 nəfər isə 4 il yarım həbs cəzasına məhkum ediliblər.

Onlar “müxalif qruplara üzv olmaq”, “hakimiyyət əleyhinə təbliğat fəaliyyəti”, “islam qanunlarına zidd olan təbliğat fəaliyyəti” və “hökumətə qarşı toplanmaq və əlbir olmaq”da ittiham olunublar.

Qeyd edək ki, hazırda İranda 300 mindən çox bəhai yaşasa da, İran konstitusiyası bəhai dinini rəsmən tanımır. İran Mədəni İnqilab Ali Şurasının qərarına əsasən, islamın bəhai təriqətinə mənsub olanlar ölkədə vətəndaşlıq hüququ olmayan insanlar sayılırlar.

Related Articles

Bir cavab yazın

Back to top button