Site icon Aznews TV

Bəhailər mərhumlarını dəfn edə bilmirlər

İnsan Haqları Müdafiəçiləri Qurumu bununla bağlı bəyanat yayıb. Bildirilib ki, ETTELAAT məmurlarının bəhai icmasına basqıları güclənib. Belə ki, onların Tehran şəhərində vəfat etmiş qohumlarının məzarı başında toplaşmalarına icazə verilməyib. Nəticədə onlar qəbiristanlığın bağlı qapıları arxasında yığışmalı və orada dua etməli olublar.

Qeyd edək ki, İran hökuməti Tehranın bəhailərə məxsus Gülüstan Cavid qəbiristanlığında bəhailərin dəfninə icazə vermir. Bəhailərin ölüləri ailələrinə məlumat verilmədən Xavəran qəbiristanlığında basdırılır.

Xatırladaq ki, Xavəran qəbiristanlığında 80-ci illərdə edam olunmuş yüzlərlə siyasi müxalif dəfn edilib.

#İran

Exit mobile version