İran

Bəhailər mərhumlarını dəfn edə bilmirlər

İranda bəhailərə təzyiqlər davam edir. İranın Təhlükəszlik Nazirliyi (ETTELAAT) ölkənin bəhai icmasına yas mərasimləri keçirməyi qadağan edib.

İnsan Haqları Müdafiəçiləri Qurumu bununla bağlı bəyanat yayıb. Bildirilib ki, ETTELAAT məmurlarının bəhai icmasına basqıları güclənib. Belə ki, onların Tehran şəhərində vəfat etmiş qohumlarının məzarı başında toplaşmalarına icazə verilməyib. Nəticədə onlar qəbiristanlığın bağlı qapıları arxasında yığışmalı və orada dua etməli olublar.

Qeyd edək ki, İran hökuməti Tehranın bəhailərə məxsus Gülüstan Cavid qəbiristanlığında bəhailərin dəfninə icazə vermir. Bəhailərin ölüləri ailələrinə məlumat verilmədən Xavəran qəbiristanlığında basdırılır.

Xatırladaq ki, Xavəran qəbiristanlığında 80-ci illərdə edam olunmuş yüzlərlə siyasi müxalif dəfn edilib.

#İran

Related Articles

Bir cavab yazın

Back to top button