İran

Bəşar Əsəd SEPAH-ın yüksək dərəcəli fərmandehini Suriyadan qovdu

Dəməşqdəki bəzi qaynaqlar Bəşar Əsədin Suriyanın hakimiyyət hüququnun İran gücləri tərəfindən pozulmasına etiraz etdiyini deyiblər.

SEPAH-ın Suriyadakı yüksək dərəcəli fərmndehi Cavad Qəffari Suriya prezidenti Bəşar Əsədin əmri ilə tutduğu postdan uzaqlaşdırılıb.

Xəbərə görə, Əsəd dövləti yetkiliilərinin Qəffarinın bəzi addımları ilə bağlı ciddi müşkülləri olub.

“Əl-Ərəbiyyə”nin məlumatında qeyd olunur ki, Qəffari müxtəlif malları qaçaq yollarla Suriyaya gətirib və Suriya bazarı ilə rəqabətə girəcək qara silah bazarı yaradıb.

“Əl-Hədəs” televizyonunun verdiyi xəbərə görə isə, Suriya dövləti İran güclərini Suriya hökumətinə heç bir vergi ödəmədən ölkənin təbii sərvətlərindən və iqtisadından öz xeyrinə yararlanmaqda ittiham edib.

“Əl-Hədəs” televizyonunun xəbərində habelə qeyd olunur ki, Amerika və İsrailə qarşı bir sıra hücumların Suriyadan həyata keçirilməsində Qəffarinin rolu olub. Hətta, bu hücumlardan bəziləri olduqca təhlükəli və bölgədə savaşa səbəb olacaq tərzdə olub. Bura oktyabrın 20-də Amerika qüvvələrinə hücum da şamildir.

Xatırladaq ki, Suriya prezidenti Bəşar Əsəd İran rejimindən uzaqlaşmaq üçün son vaxtlarda bir sıra Ərəb ölkələri ilə yaxınlaşmağa başlayıb.

Related Articles

Bir cavab yazın

Back to top button