Jannah Theme License is not validated, Go to the theme options page to validate the license, You need a single license for each domain name.
Azərbaycanİran

Bəsic rəsmisi: “Nüvə enerjisi İranın əsas prioritetləri arasındadır

İranın yüksək rütbəli rəsmisi ölkənin nüvə potensialının qorunub saxlanmasının milli prioritet olaraq qaldığını bildirib.

Bunu İranın Bəsic hərbiləşdirilmiş qüvvələrinin rəis müavini briqada generalı Qasım Qureyşi deyib.

O özündən əvvəlki İran rəsmilərinin fikirlərini təkrar edərək, nüvə enerjisinin tibb, kənd təsərrüfatı və elektrik enerjisi istehsalı kimi sektorların inkişafı üçün işlədildiyini iddia edib.

“Nüvə enerjisi İslam Respublikasının əsas prioritetləri arasındadır.” – deyə o bildirib.

Qeyd edək ki, istər Amerika kəşfiyyatının, istərsə də Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin məlumatlarına görə, İran uranı dinc məqsədlər üçün gərək olandan qat-qat artıq zənginləşdirib və qısa müddətdə nüvə silahı əldə edə bilər.

 

Related Articles

Bir cavab yazın

Back to top button