Bunu İranın Bəsic hərbiləşdirilmiş qüvvələrinin rəis müavini briqada generalı Qasım Qureyşi deyib.
O özündən əvvəlki İran rəsmilərinin fikirlərini təkrar edərək, nüvə enerjisinin tibb, kənd təsərrüfatı və elektrik enerjisi istehsalı kimi sektorların inkişafı üçün işlədildiyini iddia edib.
“Nüvə enerjisi İslam Respublikasının əsas prioritetləri arasındadır.” – deyə o bildirib.
Qeyd edək ki, istər Amerika kəşfiyyatının, istərsə də Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin məlumatlarına görə, İran uranı dinc məqsədlər üçün gərək olandan qat-qat artıq zənginləşdirib və qısa müddətdə nüvə silahı əldə edə bilər.
