Dünya

Bəzi ərəb ölkələri İsraillə sülh sazişi imzalayacaq

Bir sıra ərəb ölkələrinin İsraillə barış sazişi bağlayacaqları gözlənilir.
Bunu Amerikanın Xarici İşlər Vəziri Mayk Pompeo “Al-Arabiya” telekanalına müsahibəsində deyib. O, açıqlamasında “İsraillə barış razılaşmasına qoşulacaq ərəb ölkələri var”, – deyib. Mayk Pompeo bildirib ki, Amerika bölgədə barışa nail olunması üzrə çabalarını davam etdirəcək.
Xatırladaq ki, İsrail septambrda İmarat və Bəhreynlə münasibətlərini normallaşdırıb. Ölkələr arasında münasibətlərin normallaşdırılması haqqında razılaşmaların imzalanması ilə bağlı mərasim septambrın 15-də Ağ Evdə keçirilib. Buna səbəb razılaşmalara Amerikanın fəal vasitəçiliyi ilə nail olunması idi.

Related Articles

Bir cavab yazın

Back to top button