Azərbaycan

Bəzz yürüşünə hazırlıq başladı: Təbrizdə afişalar yayıldı

İyunun 27-də təbrizli milli-mədəni fəallar şəhərin əksər bölgələrində illik Bəzz qurultayına çağırış afişaları yayıb, azərbaycanlıları Babək qalasına toplaşmağa səsləyiblər.

Afişalarda “Ata Babəkin doğum günü qutlu olsun”, “Ailə ilə birlikdə Bəz qalasında olaq” və “Görüşümüz 1 iyul 2022” məzmunlu şüaarlar yazılıb və toplantı tarixi qeyd olunub.

Qeyd edək ki, Azərbaycanın xalq qəhrəmanı Babək Xürrəminin anım günü münasibətilə hər il iyunun sonunda Bəzz qalasına ənənəvi yürüş  keçirilir.

Qurultay ərəfəsində bütün Azərbaycan şəhərlərində təhlükəsizlik qüvvələrinin sayı artırılır. Yollarda polis və ordunun nəzarəti gücləndirilir. Kəleybər mahalı və Babək qalasına gedən yolların çoxu bağlanır və bir çox nöqtələrdə axtarış postu yerləşdirilir.

Eyni zamanda müxtəlif şəhərlərdə Bəzz qalasına yürüşün təşkilatçılığında şübhəli bilinən bir çox insan həbs edilir.

Related Articles

Bir cavab yazın

Back to top button