İran

Babək Kiumərsi və Səid Sultani azadlığa buraxılıb

Azərbaycanlı siyasi və mədəni fəallar Babək Kiyumərsi və Səid Sultani desambrın 3-də məhkəmə başa çatana qədər hər biri 500 milyon tümən vəsiqə qarşılığında Təbrizin mərkəzi zindanından müvəqqəti azad edilib. Babək Kiumərsi və Səid Sultani İttilaat İdarəsində iki aylıq dindirmədən sonra Təbrizin mərkəzi zindanının qərəntinə bəndinə köçürülüblər. Onlar “ölkənin müxalif cəmiyyətlərinə üzv olmaq” ittihamı ilə təqsirləndiriliblər.
Qeyd edək ki, Babək Kiyumərsi və Səid Sultani 4 oktobr Şərqi Azərbaycanın Culfa şəhərində əmniyyət məmurları tərəfindən tutuqlanıblar. İranın əmniyyət məmurları bu fəalları tutuqladıqdan sonra evlərinə gedərək, qanuni icazə olmadan evlərində axtarış aparıb və şəxsi əşyalarını özləri ilə götürüblər.
Babək Kiyumərsi tutularkən onun xanımı əmniyyət məmurları tərəfindən fiziki zorakılığa məruz qalaraq təhqir edilib.

Related Articles

Bir cavab yazın

Back to top button