Dünya

LUBNANDA İQTİSADİ VƏZİYYƏTƏ ETİRAZLAR DAVAM EDİR

Mətbuatda lubnanlı etirazçıların ölkədəki iqtisadi və yaşayış şəraitinin pis olmasına qarşı etirazlarını davam etdirdikləri bildirilir.
Lubnan xəbər ajansının verdiyi məlumata görə, bazar günü bir qrup insan Lubnanın paytaxtı Beyrutun Bəəbda bölgəsində yerləşən prezident sarayına gedən yolda mitinq keçirib və öz maşınları ilə Şəhidlər meydanına tərəf yollanıblar.
Bir qrup etirazçı prezident sarayının qarşısına toplaşmasının indiki iqtisadi və yaşayış şəraitinə etiraz olaraq bir neçə gün öncə Lubnan məqamlarının iş yerləri və evləri önündəki mitinqlərin davamı olduğunu bildiriblər.
Etirazçılar hədəflərinə tam çatanadək inqilab alovunun sönməyəcəyini vurğulayıblar.
“Anadolu” xəbər ajansı da Lubnan ordusunun paytaxt Beyrutun Bəəbda bölgəsində yerləşən prezident sarayına gedən yolda toplaşan etirazçıları dağıtdığı barədə məlumat verib.

Related Articles

Bir cavab yazın

Back to top button