Azərbaycan

Bakidan Rusiya Xarici İşlər Nazirliyinin bəyanatına cavab

“Rusiya Xarici İşlər vəzirliyinin məlumat və Mətbuat bölümünün münaqişə məntəqəsinə xarici muzdluların gətirilməsi ilə ilgili verdiyi açıqlamaya münasibətdə bildirmək istərdik ki, Ermənistanın bu kimi vasitələrdən geniş istifadə etməsi ilə bağlı narahatlığımız tərəfimizdən dəfələrlə ifadə olunub”.
Bu barədə Azərbaycan Xarici İşlər vəzirliyi Mətbuat Xidməti İdarəsinin açıqlamasında qeyd edilib.
“Ermənistan Azərbaycanın Dağlıq Qarabağ və ətraf bölgələrinin işğalı zamanı, eləcə də ölkəmizə qarşı törətdiyi növbəti təcavüz hərəklərində xarici ölkələrdən, xüsusilə də Yaxın Şərq bölgəsindən terrorçu və muzdluları cəlb edib.
Ermənistanın son aylar ərzində ölkəmizin işğal olunmuş ərazilərində həyata keçirdiyi qanunsuz məskunlaşdırma siyasəti çərçivəsində xarici muzdluları bu əraziyə gətirməsi və “könüllü döyüşçü dəstələri” adı altında öz ordusuna cəlb edərək Azərbaycana qarşı hücum əməliyyatlarında istifadə etməsi terrorçuluğun Ermənistanın dövlət siyasətinin tərkib hissəsi olduğunu növbəti dəfə nümayiş etdirir”, – deyə açıqlamada bildirilib.
Xatırladaq ki, bundan əvvəl Rusiya Xarici İşlər vəzirliyi bəyan etmişdi ki, Mosko qanunsuz silahlı birləşmələrin yaraqlılarının Dağlıq Qarabağ münaqişəsi məntəqəsinə köçürülməsindən narahatdır.
“Rusiya tərəfinin məlumatına görə, Dağlıq Qarabağ münaqişəsi məntəqəsinə qanunsuz silahlı birləşmələrin yaraqlılarının köçürülməsi həyata keçirilir”,-deyə məlumatda bildirilib.

Related Articles

Bir cavab yazın

Back to top button