Azərbaycan

: BAKININ QƏDİM ŞƏHƏRİ-İŞƏRİŞƏHƏR!

İçərişəhər və ya Bakının qədim hissəsi ilə tanış olun
Bu qədim və möhtəşəm şəhər Azərbaycanın paytaxtı Bakıda yerləşir, Qız Qalası və Şirvanşahlar sarayı kimi tarixi simgələri ilə dünyaca məşhurdur. Bakının bu hissəsi 19-cu əsrin iqtisadi tərəqqisinə görə belə adlandırılıb. Sənayenin tərəqqisi ilə Bakıda xarici və daxili bir şəhər yaranıb.
Bu gün Bakının böyük və əhəmiyətli tərəqqisinə baxmayaraq, qədim şəhər və ya İçərişəhər olduğu kimi və əsil vəziyyətdə qalıb və hal-hazırda bu məhəllədə 1300-dən çox ailə yaşayır.
Qədimdən İçərişəhərin qala divarları daxilində Qız Qalası mövcud olub. Bura, silindrik şəkildə daşdan tikilmiş qaladan ibarətdir. Qala, düz dənizin qarşısında və məşhur Bakı bulvarının yaxınlığında yerləşir və hündürlüyü 31 metrdir. Qalanın tarixi və adının səbəbi barədə günümüzə qədər çoxlu dastanlar gəlib çatıb. Bastanşinaslar hesab edir ki, qala iki fərqli dövrdə tikilib. Çünki qalanın aşağı qisməti miladdan öncə 7-8 əsrlər arasında tikilib və onun yuxarı hissələri və daş üzlüyü Sasanilər dövründə tamamlanıb.
Qız qalası, Şirvanşahlar höküməti dövründə gözətçi burcu hesab olunurdu. İnsanların bu qüllədən tüstü vasitəsilə bütün ərazidəki başqa qüllələrə əmniyət siqnalı göndərdiyi deyilir. Habelə, qalanın müəyyən bir müddət atəşpərəstlərin məbədi kimi istifadə edildiyi də bildirilir. Və bəlkə də Qız qalası öncə zərdüştilər üçün bir məbəd kimi tikilib və orta əsrlərdə baş verən dəyişikliklərdən sonra təyinatı dəyişdirilib.
Qədim Bakının maraqlı məkanlarından daha biri isə Şirvanşahlar sarayıdır. Bu saray Azərbaycanda orta əsrlərin ən güclü padşahlıqlarından biri olan Şirvanşahlar hakimiyyətinin son iqamətgahıdır. Şirvanşahlar dövlətinin ilk paytaxtı Şamaxı olub, ancaq 1397-ci ildə baş verən zəlzələdən sonra paytaxt Bakıya köçürülüb. Şirvanşahlar sarayı İçərişəhərin ən hündür hissələrindən birində tikilib. Binanın üç daxili həyəti var.

Related Articles

Bir cavab yazın

Back to top button