Azərbaycan

Banədə sərhədçilər 1 nəfəri qətlə yetiriblər

Dünən axşam, noyabrın 14-ü Kürdüstan əyalətinin Banə bölgəsində yerləşən "Həngecal" zastavasında qulluq edən sərhədçılərin açdığı atəş nəticəsində 4 kolbarın yaralanması haqda xəbər vermişdik. 

Daha sonra iki nəfərin sözügedən hadisənin qurbanı olduğu barədə məlumat yayılıb. Bildirilib ki, Yadgar Rəhimi aldığı güllə yaralarından dünyasını dəyişib, adı açıqlanmayan digər şəxs isə yaralanıb.

Kolbar – qanuni və ya qeyri-qanuni yollarla İran, İraq, Suriya və Türkiyə sərhədlərindən kürəyində yük daşımaq üçün işə götürülən işçidir. Kolbarların əksəriyyəti İran Kürdüstanında yaşayır.

Related Articles

Bir cavab yazın

Back to top button