Jannah Theme License is not validated, Go to the theme options page to validate the license, You need a single license for each domain name.
Dünya

Düşmən atəşkəs rejimini yenidən pozdu

Ermənilər cəbhənin müxtəlif məntəqələrində iriçaplı silahlardan və snayper tüfənglərindən də istifadə etməklə son 24 saatda atəşkəs rejimini 40 dəfə pozub. Bu barədə difa vəzirliyi açıqlama verib. Məlumata görə, ermənilər tərəfindən Berd ustanının Mosesqex və Çinari kəndlərində yerləşən mövqelərdən Tovuz ustanının Əlibəyli, Ağdam, Koxanəbi, Əsrik Cırdaxan və Ağbulaq kəndlərində, Çəmbərək ustanı ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy ustanı ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub. Tərtər ustanının işğal altında olan Yarımca, Ağdam ustanının Şıxlar, Acarlı, Mərzili, Füzuli ustanının Aşağı Veysəlli, Qorqan, Horadiz kəndləri yaxınlığında, habelə Tərtər, Ağdam və Xocavənd ustanları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də ordumuzun mövqelərinə atəş açılıb.

Related Articles

Bir cavab yazın

Back to top button