İranSağlıq & Yaşam

Batı Azərbaycanda 2122 korona mərizi sağlıq mərkəzlərinə yerləşdirilib

Batı Azərbaycan əyalətinin Tibb Elmləri və Sağlıq Xidmətləri danişgahının rəisi əyalətdə son 24 saatda 20 korona mərizinin öldüyünü açıqlayıb.

Cavad Ağazadə açıqlamasında əyalət üzrə son korona durumuna toxunaraq deyib: “Əyalətin bütün şəhərlərində koronavirusa yoluxmanın artması ucbatından son bir gündə 20 nəfər koronavirusdan həyatını itirib”.

O deyib: “İndiyə qədər əyalətdə koronavirusdan 5921 nəfər ölüb”.

2122 nəfərin sağlıq mərkəzlərinin korona bölmələrinə yerləşdirildiyini qeyd edən Ağazadə artırıb: “330 nəfər ICU-ya yerləşdirilib və 82 nəfər də durumları ağır olduğu üçün ventilyatora qoşulub”.

Ağazadə korona mərizliyi olanların ümumi sayını indiyədək 257.023 nəfər olduğunu açıqlayıb.

Tibb Elmləri danişgahının rəisi əyalət üzrə vaksinasiyon prosesinə də toxunaraq bildirib: İndiyə qədər 1 milyon 158 min 611 nəfərə koronaya qarşı vaksin vurulub.

Related Articles

Bir cavab yazın

Back to top button