İran

Batı Azərbaycanın 5 şəhəri qırmızı olub

Batı Azərbaycanın Tibb Elmləri Bilimyurdunun rəisi doktor Cavad Ağazadə deyib: “Əyalətdə koronaya görə durumları qırmızı olan şəhərlər artıb. Xoy, Urmu, Çaypara, Makı və Sayın Qala qırmızı, Sarıdaş, Ərəb Çölü sarı, Əyalətin sair şəhərlərinin korona durumu narıncdır. Xoyla yanaşı Əyalətin 4 şəhəri də qırmızı olmaqla 5 şəhərə artıb. İndilik, Əyalətin korona müalicə mərkəzlərində Kəskin Nəfəs Çatmazlığı Sindromuna tutulmuş 809 nəfər yatırılıb onlardan 333 nəfəri koronaya şübhəli, qalanı qəti tutulub. Yenicə tutulmuş 441 nəfər səbt olunmaqla Əyalətdə koronaya tutulanların ümumi sayı 189 min 345 nəfər artmışdır. 154 nəfə özəl qayğılar bölməsində yatırılıb, 15 nəfər də ventilyatora qoşuludur. Əyalətdə indiyədək 4857 nəfər kronadan ölüb. Əyalətdə indiyədək 307 min 464 nəfər kronaya qarşı vaksinasion olunub.”

Related Articles

Bir cavab yazın

Back to top button