İran

Zənganın iki kəndi karantinə alınıb

Koronavirusa yoluxma hallarının artması nəticəsində Zənganın Mahnişan və İcrud şəhərlərinin kəndlərindən ikisi qərəntinəyə alınıb. Məsələ ilə bağlı Zəngan ustandarisinin qeyri Amil Pədafəndinin müdiri Koronavirusla Mücadilənin 81-ci toplantısında bilgi verib. Mahmud Zəmaninin sözlərinə görə, Mahnişan şəhərinin kəndlərindən birində 215 koronavirus testindən 53-nün nəticəsi müsbət olub. O, kənddə mərizliyə yoluxma sayında kəskin artım olduğunu bildirib. Bu duruma səbəb kimi kənd əhalisinin sağlıq qaydalarına laqeyd yanaşması və kütləvi toplaşmalar qeyd olunub. Qurum rəsmisi kütləvi toplaşmaların olduğu mərasimlərə məhkəmə vasitəsilə müdaxilə ediləcəyini vurğulayıb. Bildirək ki, İranda millət və dövlət arasında ciddi güvənsizlik müşkülü var. Buna görə də insanlar hakimiyyətin sağlıq qaydalarına əməl etməklə bağlı çağırışlarına önəm vermir.

Related Articles

Bir cavab yazın

Back to top button