AzərbaycanDünya

Türkiyə Prezidenti Qarabağın işğaldan azad edilməsindən söz açıb

“Otuz il öncə Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin və ətraf şəhristanlarının işğalı zamanı törədilən qətliamlar, azərbaycanlı qardaşlarımızla birgə bizim də ürəyimizi dağlamışdı”. Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan marsın 24-də hakim Ədalət və gəlişmə Partiyasının 7-ci qurultayında deyib. “Üç ölkə Avropada əmniyyət və Əməkdaşlıq Təşkilatı Minsk qrupunun həmsədrliyi adı altında bu münaqişənin həllini öz üzərinə götürsə də, 30 il ərzində problemi yalnız daha qarışıq vəziyyətə gətirməkdən başqa heç bir iş görmədilər. Azərbaycanlı qardaşlarımız bu müddət ərzində hər zaman münaqişənin danışıqlar və qarşılıqlı anlaşma ilə həlli üçün çaba göstərdilər. Buna baxmayaraq, Ermənistan tərəfi zaman-zaman təxribatları davam etdirmiş, danışıq yollarını bağlayan tərəf olmuşdur. Ötən ilin son aylarında Ermənistan ordusu yenidən Azərbaycana hücum etdi. Belə olan halda Türkiyə olaraq bütün imkanlarımızla azərbaycanlı qardaşlarımızın yanında dayandıq. Türkiyənin dəstəyi, Azərbaycan ordusunun qəhrəmalığı və dastanlara yazılacaq mübarizəsi ilə bu murdar işğala son qoyuldu. Türkiyə və Azərbaycan qardaşlığını daha da gücləndirən bu mərhələnin imzalanan anlaşmalar əsasında başa çatdırılması məqsədilə prosesi yaxından izləməyə davam edəcəyik”, -deyə Türkiyə prezidenti diqqətə çatdırıb.

Related Articles

Bir cavab yazın

Back to top button