Dünya

“Bayden SEPAH-ı terror təşkilatları siyahısından çıxarmayacaq”-Ağ Ev

Ağ Evin yüksək rütbəli rəsmisi deyir ki, Amerika hökuməti nüvə danışıqlarını canlandırmaq üçün SEPAH-ı terror təşkilatları siyahısından çıxarmaq niyyətində deyil.

“Co Bayden nüvə danışıqları çərçivəsində razılaşmalar üçün İran İnqilab Keşikçiləri Korpusunu (SEPAH) terrorçu qruplaşmalar siyahısından çıxarmaq istəmədiyini bildirib”-deyə, Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kerbi avqustun 2-də bildirib.

O, İran hökumətinin terroru dəstəklədiyini və bölgədə terror təşkilatlarına yardım etdiyini deyib.

İran nüvə danışıqlarını danışıqları davam etdirmək üçün SEPAH-ın adını Amerikanın terror təşkilatları siyahısından çıxarmaqda israr edir, Amerika prezidenti Co Bayden Yaxın Şərqə səfəri zamanı bu məsələni qəti şəkildə rədd edib.

Related Articles

Bir cavab yazın

Back to top button