Azərbaycan

Təbrizdə daha bir qədim küçənin adı farslaşdırılıb

Təbriz şəhərinin 4-cü bölgə bələdiyyəsinin qədim “Pir Dərbəndi” küçəsinin adını dəyişdirərək “Ətləs” qoyması əhalinin etirazları ilə qarşılanıb.

Bir sıra sosial media istifadəçiləri Təbriz bələdiyyəsinin məsul şəxslərinin Tehranın göstərişləri qarşısında şəhərin qədim kimliyini simvolizə edən yer adlarını dəyişdirməsinin qəbul edilməz olduğunu yazıblar.

Qeyd edək ki, Pəhləvilər dövründən başlayan və türklərin yaşadığı bölgələrdə türkcə qədim yer adlarının təhrif olunmasına xidmət edən siyasət hazırkı dövrdə də davam edir.

Ara-sıra milli-mədəni fəalların fəaliyyətləri nəticəsində az sayda yer adlarının bərpasına nail olunsa da, ümumilikdə qədim türk adlarının günü-gündən sıradan çıxarıldığı görünür.

Related Articles

Bir cavab yazın

Back to top button