Dünya

Baydenin hakimiyyətə gəlməsinin İrana təsiri

Janviənin 20-də Amerikanın yeni prezidenti Co Baydenin andiçmə mərasimi keçirildi. Beləliklə, Bayden Amerikanın yeni lideri elan edildi. Bu olay həm Amerika, həm də bütün dünya üçün son dərəcə önəmlidir. Belə ki, Amerikanın bölgədəki siyasətləri İran kimi Ortadoğu ölkələrinə ciddi təsir göstərir. Buna görə də Amerikada keçirilən seçkilər İran tərəfindən diqqətlə izlənilirdi. Nəticədə Donald Trampın hakimiyyətdən getməsi ən çox İran rejimini sevindirdi. Hətta İran rəsmiləri bu durumu gizlətmədilər və Tramp dövrünü kabusa bənzətdilər. Bildirək ki, İrana tətbiq edilən təhrimlər bu ölkənin mövcudluğunu təhlükə altına aldı. Təhrimlərdən sonra İran əhalisi iqtisadi anlamda ciddi basqılara məruz qaldı. İran hakimiyyəti isə ölkədəki bütün problemlərin təhrimlərə görə baş verdiyini dilə gətirdi. Halbuki, İran təhrimlərdən öncə də iqtisadi sahədə başarılı bir ölkə deyildi. İran mali qaynaqlarının azalmasına baxmayaraq, terrora dəstəklə bağlı xərclərini azaltmadı. Ölkə əhalisi yenə də hakimiyyətin öncəliyi olmadı. Bu ölkədə siyasi fəsad təkcə daxildə deyil. Ölkə xaricində İslam Cümhuriyyətinə müxalif qruplar da tənqid atəşinə tutulur. Özəlliklə bir çox müxalifin bu məsələyə ticari baxımdan yanaşdığı iddia edilir. Tarixə nəzər yetirdikdə görürük ki, İran Amerikanın Demokratlar partiyası ilə daha yaxşı ilgilərə sahib olub. Belə ki, Obamanın prezidentliyi dönəmində İran BƏRCAM anlaşması ilə işlərini bir qədər asanlaşdırdı. Bu anlaşmanın iqtisadi nəticələri əhalidən çox hakimiyyətin işinə yaradı. Beləliklə, İran Ortadoğudakı güclərini daha da artırdı. Ancaq insan haqları mövzusunda heç bir addım atılmadı. Hətta durum daha da çətinləşdi. Qərb ölkələri İrandakı iqtisadi çətinlikləri işıqlandırdılar. Ancaq bu məsələnin əsas səbəbkarının hakimiyyət olduğunu dilə gətirmirlər. Hamı problemlərlə bağlı Trampın tətbiq etdiyi təhrimləri günahlandırır. Bəzi siyasət uzmanları Co Baydenin özəlliklə insan hüquqları mövzusunda Obamadan fərqli davranacağına ümid edir. Ancaq İran tarix boyunca islahatlar tərəfdarı olmadığını sübut edib. Bununla yanaşı 1400-cü il seçkilərində hakimiyyətə kimin gələcəyi bəlli deyil. Əli Xamenei tərəfindən gənc və inqilabçı birinin hakimiyyətə gətirilməsi Amerika ilə münasibətləri korlaya bilər. Bütün hallarda seçkilər İranın gələcəyi üçün çox önəmli olacaq. Bu durum atom anlaşması ilə bağlı müzakirələrin də yönünü bəlli edəcək.

Related Articles

Bir cavab yazın

Back to top button