İran

Bektaş Abtinin ölümünə etiraz olaraq 41 günlük aclıq aksiyası keçirən iki siyasi məhbus sağlıq mərkəzinə çatdırılıb

Həmid Hacı Cəfər Kaşani və Məhəmməd Əbulhəsəni qan təzyiqlərinin kəskin düşməsi səbəbi ilə aclıq aksiyasının 41-ci günündə Böyük Tehran zindanının tibb mərkəzinə köçürülüblər.

Həmid Hacı Cəfər Kaşani və Məhəmməd Əbulhəsəni qan təzyiqlərinin kəskin düşməsi səbəbi ilə aclıq aksiyasının 41-ci günündə Böyük Tehran zindanının tibb mərkəzinə köçürülüblər.

“Aznews tv” xəbər verir ki, bu barədə “voanews” xəbər ajansı məlumat yayıb.

Bildirilir ki, sözügedən şəxslər Bektaş Abtinin ölümündən sonra aclıq aksiyasına başlayan məhbuslardan sadəcə ikisidir.

Xatırladaq ki, iranlı şair və film rejissoru Bektaş Abtin zindanda koronavirusa yoluxduqdan sonra uzun müddət xəstəxanaya göndərilmədiyi, xəstəxanaya aparıldığında isə çox gec olduğu üçün yanvarın 8-də xəstəxanada dünyasını dəyişmişdi.

Onun ölümü ölkədə bir sıra narazılıqlara, o cümlədən siyasi məhbusların günlərlə davam edən aclıq aksiyası keçirmələrinə səbəb olmuşdu.

Related Articles

Bir cavab yazın

Back to top button