İran

İranda zəlzələ olub-Ölən və yaralananlar var

İyulun 2-i səhər saat 02.00 radələrində İranın Hormozqan əyalətində güclü zəlzələ baş verib.

Yeraltı təkanlar nəticəsində ciddi dağıntıların olduğu və onlarla insanın öldüyü, yaralandığı bildirilir.

Əyalətin Bəndəri Xəmir və Bəndəri Lenge şəhərlərində 6.1 və 6.3 bal gücündə zəlzələnin qeydə alındığı, ilkin məlumatlara görə Bəndəri lengedə 5 nəfərin öldüyü və 44 nəfərin xəsarət aldığı deyilir.

Yerli sosial media fəalları Bəndəri Lengənin 1600 nəfər əhalisi olan Mehran kəndinn tamamilə dağıldığını yazırlar.

Dağıntılara səbəb olan ilk zəlzələdən sonra adı çəkilən bölgələrdə daha 13 titrəyişin qeydə alındığı bildirilir.

Rəsmi mənbələr ölən və yaralananlarla bağlı zidiyyətli rəqəmlər verir, xəsarət alanların sayının dəqiqləşdirilməsi üçün bölgələrə qruplar göndərildiyini deyirlər.

Related Articles

Bir cavab yazın

Back to top button