Dünyaİran

Belçika İranda həbsdə olan vətəndaşının azadlığa buraxılmasını tələb etdi

Aprelin 18-də Belçika hökuməti elan edib ki, məhbus mübadiləsi müqaviləsinin qüvvəyə minməsindən sonra İranda həbsdə olan belçikalı yardım işçisi Olivier Vandekastelin azad olunmasını rəsmi Tehrandan tələb edib.

Bu barədə Fransa xəbər agentliyinin yaydığı məlumatda bildirilib.

Belçikanın Xarici İşlər naziri Haca Ləhbib mediaya verdiyi açıqlamada iranl həmkarı Hüseyn Əmir Abdullahiyana Belçika vətəndaşının azad edilərək geri göndərilməsi barədə xəbərdarlıq etdiyini söyləyib.

“Mən Olivier Vandekastelin saxlanma şəraitini pislədim və İrandakı səfirimizin bu məhbusla görüşməsini tələb etdim”,- XİN başçısı qeyd edib.

Qeyd edək ki, 41 yaşlı yardım işçisi Oliviyer Vandekastel beynəlxalq xeyriyyə təşkilatının İran departamentinin keçmiş direktorudur və  missiyasını başa vurduqdan sonra 24 fevral 2022-ci ildə Tehrana turist səfəri zamanı həbs edilib.

Ona qarşı “başqa ölkənin xeyrinə casusluq”, “çirkli pulların yuyulması”, “valiyuta qaçaqmalçılığı” və “düşmən Amerika dövləti ilə əməkdaşlıq” ittihamları irəli sürülüb.

Related Articles

Bir cavab yazın

Back to top button