Dünyaİran

Beynəlxalq Əfv Təşkilatı: İbrahim Rəisi mühakimə olunmalıdır

Beynəlxalq Əfv Təşkilatı İbrahim Rəisi barəsində ‘insanlığa qarşı cinayət’ törətdiyi üçün cinayət araşdırması aparılmasına çağırış edib.
Fransa Xəbər Ajansı açıqlamasında Beynəlxalq Əfv Təşkilatı, Rəisinin 1367-ci il cinayəti və toplu qətllərlə bağlı mühakimə olunmasını vurğulayıb.
Bu cinayətə İran hakimiyyətinin əmri ilə çox sayda adam öldürmə və işgəncə ilə bağlı cinayətlər aiddir. Habelə bu məsələ dünya üzrə mühakimə etmə səlahiyyəti prinsipinə əməl edən ölkələr tərəfindən də izlənilməlidir.
Beynəlxalq Əfv Təşkilatı bildirib: “1398-ci ilin aban etirazlarının yatırılması yönündə İbrahim Rəisinin ölkənin məhkəmə sisteminə başçılıq etdiyi dövrdə baş verib. Qanlı etirazlar zamanı yüzlərlə qadın, kişi və uşaq İranın əmniyət qüvvələri tərəfindən öldürülüb. Bu zorakılığı edənlərə Rəisinin başçılığı altında Məhkəmə Hakimiyyəti tərəfindən toxunulmazlıq verilib”.
“Amnesty International”ın açıqlamasında qeyd edilir ki, İbrahim Rəisi indi İran prezidentliyinə namizəddir. Bu şəxs məhkəmə orqanlarında işləyərkən öz vəzifəsindən və möveyindən sui-istifadə edib.

Related Articles

Bir cavab yazın

Back to top button