Dünyaİran

Beynəlxalq Əfv Təşkilatı İranla bağlı yeni hesabat yayıb

Beynəlxalq Əfv Təşkilatının 2022-ci ilin sentyabr ayından İranda başlayan etiraz aksiyaları zamanı hakimiyyətin nümayişçilərə qarşı repressiyaları, həbsxanalarda zorakılıq faktlarını əks etdirən hesabatı dərc olunub.

12 kişi, 26 qadın və 7 yeniyetmənin etiraflarının yer aldığı hesabat 155 səhifədən ibarətdir.

Burada həbs, işgəncə ilə yanaşı, məhbusların həbsxana və təcridxanalarda hökumət məmurları tərəfindən cinsi zorakılığa məruz qaldıqlarını əks etdirən çox sayda faktlar qeyd edilib, onların saxta etirafa məcbur edildiyindən söz açılıb.

Zərərçəkənlər SEPAH, “Bəsic” üzvləri, təhlükəsizlik məmurları, xüsusi təyinatlı polis əməkdaşları tərəfindən zorakılığa məruz qaldıqlarını deyiblər.

Qeyd edək ki, 2022-ci ilin sentyabrında başlayan və bir neçə ay davam edən etiraz aksiyalarında 600-ə yaxın nümayişçi öldürülüb, 20 minə yaxın etirazçı isə həbs edilib.

Related Articles

Bir cavab yazın

Back to top button