İran

Beynəlxalq Əfv Təşkilatından Abbas Lisaninin azad edilməsi ilə ilgili çağırış

Beynəlmiləl Əfv Təşkilatı “təcili addım çağırışı” kəmpeyni başladıb. Beləliklə, İranda həbsdə olan Azərbaycan türklərinin siyasi-mədəni fəalı Abbas Lisaninin azad edilməsinə çağırış edilib. Təşkilat başladılan kəmpeyn vasitəsilə bütün insan haqları fəallarını İran məhkəmə sisteminin başçısı İbrahim Rəisiyə məktub göndərməyə səsləyib. “Amnesty International” Abbas Lisaninin həbs cəzasının 15 ilədək artırılması ilə bağlı bildirib: “Ərdəbil ustanının Ərdəbil zindanında özbaşına həbsdə saxlanılan azərbaycanlı türk fəal Abbas Lisani Təcdidenəzər Məhkəməsi tərəfindən olduqca ədalətsiz mühakimə olunub. Beləliklə, 15 il həbs cəzasına məhkum edilib. Təcdid nəzər məhkəməsinə Abbas Lisaniyə qarşı ittiham irəli sürmək tapşırılmış bir qazı başçılıq edib. 2020-ci ilin culayında İran Ali Məhkəməsi azərbaycanlı fəalın pərvəndəsinə yenidən baxılması ilə bağlı müraciəti rədd edib”. Beynəlmiləl Əfv Təşkilatı hesab edir ki, Abbas Lisaniyə qarşı açılmış pərvəndə siyasi hədəflidir . O, öncələr də əsassız iddialarla çoxsaylı həbs və təqiblərlə üzləşib. Dövlət orqanları onun ailələsinə aid cəvahirat təmir kaarqahını bağlamaq barədə göstəriş verib. Bu durum milli fəalın ailəsinin yaşayış vəziyyətinə və maddi şəraitinə olduqca mənfi təsir göstərib.

Related Articles

Bir cavab yazın

Back to top button