Dünya

Beyrutdaı partlayışla ilgili həbs olunanlar var

Beyrut dəniz limanında baş vermiş partlayışla bağlı hüquq-mühafizə orqanları tərəfindən 19 nəfər həbs edilib. Bu barədə Livanın LBCI telekanalı xəbər verib. Məlumata görə, Livan gömrüyünün keçmiş baş direktoru Şafik Merhi də istintaqa cəlb edilib. Qeyd edək ki, daha əvvəl liman administrasiyasının 16 vəzifəli şəxsinin tutuqlanması barədə məlumatlar yayılıb. Olayın baş verdiyi gün isə dəniz limanı administrasiyasının bütün işçilərinin ev dustaqlığında saxlanılmasına qərar verilib. Xatırladaq ki, avqustun 4-də baş vermiş partlayış nəticəsində 154 nəfər ölüb, 5 minə yaxın insana zərər dəyib. Onlarla insan isə itkin düşüb.

Related Articles

Bir cavab yazın

Back to top button