Dünya

Bill Qeyts vaksinin iki dəfə vurulmasının vacibliyini bildirib

“İnsanların koronavirusdan sağalması üçün daha çox COVID-19 vaksininə ehtiyacı ola bilər”. Bu barədə “CBS News”a açıqlamasında “Microsoft”un qurucusu Bill Qeyts bildirib. Onun sözlərinə görə, bir insanın koronavirusdan sağalması üçün bir deyil, iki dəfə artıq vaksin qəbul etməsi lazım olacaq. “Bu anda, vaksinlərin heç biri ilə müsbət təsirdən danışmaq düzgün olmaz. Əvvəllər buna ümid edilirdi”, – deyə əlavə edib.
“Yalnız iki dəfəlik qəbul ilə müalicənin təsirli olacağına ümid edirik. Yaşlı insanlarda bəzən iki dəfədən də çox qəbil etmək lazım olacaq”, – deyə, “Microsoft” rəhbəri əlavə edib.
Qeyd edək ki, Bill Qeytsin rəhbərlik etdiyi “Bill & Melinda Geyts” Sandığı koronavirus əleyhinə vaksinin hazırlanması üçün Ümumdünya Sağlamlıq Təşkilatına 300 milyon dollar ayırıb. Bu sandıq 2018-2019-cu illərdə öz büdcəsinin yüzdə 9,76 –nı sağlamlıq qurumuna köçürüb.

Related Articles

Bir cavab yazın

Back to top button