Azərbaycanİran

Bir qrup təqaüdçüsü və ətraf mühit fəalı Təbrizin Eynalı dağında Urmiyə gölünün canlandırılmasını tələb ediblər

Aznewstv-ə çatan xəbərlərə görə, dünən 5 avqust 2023-də bir qrup təqaüdçü və ətraf mühit fəalı Təbrizin Eynalı dağında toplaşaraq, ictimaiyyətin diqqətini Urmiyə gölünün son nəfəslərinə çəkməyə çalışıblar.

Bu təqaüdçülər və ətraf mühit fəalları “Saveurmialake, biz nəfəs ala bilmirik, Urmiyə gölünü xilas edin” mövzusunda yazı yazıblar.

Son bir neçə gün ərzində xalq qrupları, ətraf mühit fəalları və Türk mədəni fəallar müxtəlif yollarla Urmiyə gölünün quruması ilə bağlı bilgi verməyə çalışıb və gölün bərpası üçün hakimiyyət orqanlarına xəbərdarlıq ediblər.

Ətraf mühit sahəsində mütəxəssislərin fikrincə, Urmiyə gölünün quruması bu ərazinin 14 milyondan çox sakininin həyatını təhlükə altına qoyub və bu ərazi sakinlərinin məcburi köçünə səbəb olacaq.

Urmiyə gölünün quruması və mikro toz mərkəzlərinin aktivləşməsi nəticəsində yaranan duz fırtınalarının baş verməsi təkcə region xalqı və İran ölkəsi üçün problem deyil, həm də beynəlxalq ekoloji təhlükədir.
#azərbaycan_xəbərləri #urmiyə_gölü

Related Articles

Bir cavab yazın

Back to top button