Dünya

Birləşmiş Təşkilatından Krım yarımadası ilə bağlı qətnamə

Birləşmiş Millətlər Təşkilatının Ümumi Yığıncağı 17 azər tarixində Rusiyanı Krım yarımadasının müvəqqəti işğalına son qoymağa çağıran qətnamə qəbul edib. Sevastopol limanı, Qara və Azov dənizini əhatə edən Krım yarımadasında hərbiləşdirmə ilə bağlı qətnamə 17 mənfi rəyə qarşı 63 müsbət, 62 mümtəne rəylə təsvib edilib. Məlumata görə, qətnamə məcburi olmasa da, siyasi önəm daşıyır. Britaniya, Türkiyə, Fəransə, Alman, Baltikyanı ölkələr, Amerika, Avstraliya, Kanada da daxil olmaqla 40 ölkə tərəfindən önərilib. Rəsmi sənəddə Rusiya Federasionu Krımda “işğalçı güc” adlandırılıb. “Rusiya öz güclərini qeyd-şərtsiz bu ərazidən çıxarmalıdır. Bu ölkə qabaqcıl nizami sistemlərini Ukraynaya köçürməklə Krım yarımadasında sübatsızlığa səbəb olub. Mosko bu bölgəyə silah daşınmasını dayandırılmalıdır”,-deyə qətnamədə vurğulanıb.
Xatırladaq ki, 2014-cü ildə Rusiya Krım yarımadasını öz torpaqlarına birləşdirib. Ukrayna ilə Rusiyanın himayəsində olan yaraqlılar arasındakı döyüşlərdə 13 mindən çox insan ölüb. Həmin dönəmdə Rusiya ilə Qərb arasında müharibə ilə bağlı gərginlik Birləşmiş Millətlər Təşkilatı Əmniyyət Şurasının da gündəmində olub.

Related Articles

Bir cavab yazın

Back to top button