İran

BİTKİ ZƏRƏRVERİCİLƏRİ QARADAĞ MEŞƏLƏRİNİ MƏHV EDİR

Qaradağ meşələri məhv olmaq üzrədir.

Yerli sakinlərin ANT-yə verdiyi məlumata görə qəhvəyi quyruq kəpənək afəti Qaradağ meşələrini sıradan çıxardır. Bu afət getdikcə şiddətli yayılır.
Bu il ilk dəfə Əhər və Xiyav meşələlərində görünən bu mərizlik hazırda Kəleybər meşələrində geniş vüsət alıb.
Buna məsul olan orqanlar 1 aydan çoxdur yayılan afətin qarşısını almaq üçün xüsusi tədbir görmür.
Belə davam edərsə Qaradağ meşələri tamamı ilə məhv ola bilər.

Mütəxəssilər afətin yayılmasını ağacların vaxtında kəsilməməsində görür. Yaranan fasilə yarpaqların günəş ışığı almasına mane olur. Bu isə yarpaqda olan qəndi yüksəldir. Nəticədə kəpənəyin daha çox yumurtamasına və . sonradan isə afətin yaranmasına səbəb olur.
Mütəxəssilər afətinin qarşısını almaq üçün 2 yöntəm təklif edir. İlk növbədə kəpənəklərin ləlləri kəsilib götürülmlədir. “Basillus tourinjinis” bakteriyalarını yarpaqlara səpmək də mərizlikdə mübarizədə yararlı hesab olunur. Mütəxəssislər başqa canlılara xətərli ola biləcək səmmdən istifadəni uyğun görmür.
1 ay əvvəl Əhər və Xiyav şəhristanlarının Fındıqlı meşəsində afətin olması ilə bağlı görüntülər yayılmışdı. Bölgəyə baxış keçirən Təbii Mənbələr İdarəsinin məsul şəxsləri, afəti kontrol etmək üçün tərhlər irəli sürüb.

Related Articles

Bir cavab yazın

Back to top button