Dünyaİran

Bli̇nken İranda keçi̇ri̇ləcək seçki̇lərə münasi̇bət bi̇ldi̇ri̇b

Amerikanın Dış İşləri baxanı Antoni Blinken İranda keçiriləcək seçkilərlə bağlı “Financial Times” qəzetinə müsahibə verib. O, İran siyasətinin Əli Xa:məneyi tərəfindən təyin edildiyini açıqlayıb. Dövlət məqamı bu seçkilərin Amerikanın İranla dolayı danışıqlarına təsiri barədə fikir yürütmək istəmədiyini söyləyib.
“Mən qarşıdan gələn seçkilərin bu və ya başqa nəticələrinin atom müzakirələrinə necə təsir edəcəyi barədə fərziyyə yürütmək istəmirəm. Aydındır ki, İran sistemində Əli Xa:məneyi son qərarvericidir və İranın yanaşması ilə bağlı həlledici qərarları verən şəxsdir”, – deyə diplomat bildirib.
xatırlatmalıyq ki, İranda prezidentliyə namizədlər sırasında İranın Dış İşləri baxanı Məhəmməd Cavad Zərifin də olması barədə fikirlər səsləndirilib. Ancaq onun “Sepah”ın Qods qüvvələri və Rusiyanın rolunu tənqid etdiyi səs faylının yayımlanması geniş təpkilərə yol açıb. Əli Xa:məneyi baxanın açıqlamalarını “rəqiblərin və Amerikanın düşmən sözlərinin təkrarı” adlandırıb.

Related Articles

Bir cavab yazın

Back to top button