Dünya

BMT: Ermənistanda yarım milyona yaxın insan qida çatışmazlığından əziyyət çəkir

BMT-nin Ümumdünya Ərzaq Proqramının “Aclıq xəritəsi”nə əsasən, Ermənistanda 500 minə yaxın insan normadan az qidalanır.

Təşkilat eyni zamanda, son bir ayda qida çatışmazlığından əziyyət çəkənlərin sayının 70 min nəfər artdığını bildirib.

Qeyd edilir ki, ölkədə 5 yaşa qədər uşaqların təxminən 4,4 faizi kəskin, 9,4 faizi isə xroniki qidalanmadan əziyyət çəkir.

Dünya Bankının məlumatına görə, Ermənistanda 2021-ci ildə yoxsulluq 7 % artıb. 2020-ci ildə bu, 27 % olub.

Ermənistanın əhalisi 3 milyon nəfərdir. (report.az)

Related Articles

Bir cavab yazın

Back to top button