Bu bəyanatda ümumölkə etirazlaında 11 yaşlı uşaq da daxil olmaqla ən azı 23 uşaq və yeniyetmənin öldürülməsinə toxunularaq. Bu uşaqların bir qisminin təhlükəsizlik qüvvələrinin birbaşa güllələri ilə öldürüldüyü, digərlərinin isə işgəncə altında öldüyü bildirilir.
Bəyanata görə, övladlarını itirən bir çox ailə təhlükəsizlik qüvvələrinin təzyiqi ilə övladlarının intiharı ilə bağlı saxta etiraflar etmək məcburiyyətində qaldıqlarını bildirib.
Bu komitə öyrəncilərin saxlanmasını və bəzilərinin işgəncələrə məruz qalmasını, eləcə də bəzi şagirdlərin intizam tənbehi məqsədi ilə psixoloji mərkəzlərə köçürülməsi ilə bağlı Təhsil Nazirliyinin son açıqlamasını, habelə onların qisas məqsədilə məktəbdən qovulmasını qeyd edib.
Birləşmiş Millətlər Təşkilatının Uşaq Hüquqları Komitəsi öz bəyanatının davamında israrla İslam Respublikasından insan haqları öhdəliklərinə, xüsusilə də Uşaq Hüquqları Konvensiyası çərçivəsində öz öhdəliklərinə əməl etməsini və bu çərçivədə istənilən şəraitdə uşaqların həyatınlarının qorunmasını tələb edib.
Uşaqların, o cümlədən qızların söz azadlığı və dinc etirazlar hüququna hörmətlə yanaşmaq və güc tətbiqini dayandırmaq BMT-yə bağlı bu təşkilatın İslam Respublikasına xatırlatdığı digər öhdəliklərdir.
Birləşmiş Millətlər Təşkilatının Uşaq Hüquqları Komitəsi bəyanatının sonunda İran İslam Respublikasının hakimiyyət orqanları tərəfindən uşaq hüquqlarının pozulması hallarının hərtərəfli və müstəqil şəkildə nəzərdən keçirilməsinin zəruriliyini vurğulayaraq, iranlı uşaqların hüquqlarının pozulmasına son qoymaq üçün bu ölkədəki vəziyyətə nəzarəti davam etdirəcəyini bildirib.