Dünyaİran

BMT İranda məcburi hicab layihəsini pisləyən bəyanat yaydı

Birləşmiş Millətlər Təşkilatı İran ran parlamentində “Hicab və İffət” qanun layihəsinin təsdiqindən təəssüf və narahatlığını ifadə edərək, bu repressiv və təhqiramiz qanunun ləğvini tələb edib.

Bu barədə Birləşmiş Millətlər Təşkilatının İnsan Hüquqları üzrə Ali Komissarlığının sözçüsü Ravina Şəmdsani məlumat yayıb.

“Biz məcburi hicab qaydalarına əməl etməyən qızlar üçün həbs cəzalarını və ağır cərimələri dahada artıran İran Parlamentinin Hicab və İffət Qanun layihəsini təsdiq etməsindən dərin təəssüf hissi keçiririk”,- bəyanatda qeyd edilib.

BMT-nin İnsan Haqları üzrə Ali Komissarlığının sözçüsü bildirib ki, bu təşkilatın insan haqları üzrə ali komissarı kimiVolker Türk qanun layihəsinin qəddar və beynəlxalq hüquqa zidd sayır və ondan imtina edilməli olduğunu israr edir.

Şəmdsani bu qanun layihəsinin təhqiramiz mahiyyətinə toxunaraq əlavə edib ki, qadınlar və qızlara ikinci dərəcəli vətəndaş kimi münasibət göstərilməməlidir və İran rəsmiləri İran xalqının hüquqlarına hörmət yanaşmağa, onu qorumağa borcludurlar.

Qeyd edək ki, sentyabrın 20-də İran parlamenti məcburi hicab qaydalarının tətbiqi ilə bağlı yeni qanun layihəsini təsdiq edib.

Yeni qanuna görə, hicab qaydalarını riayət etməyən qadınlara qarşı cəzalar sərtləşdirilib, daha ağır həbs və cərimə cəzalarının tətbiqi nəzərdə tutulub.

BMT rəsmisi daha sonra bu qanun layihəsinin ləğvinə çağırraraq vurğulayıb:

“Biz İran hakimiyyətindən qadınların ictimai yerlərdə davranışlarına nəzarət edən bütün qayda və prosedurları ləğv etməyi, onların insan hüquqlarından istifadə edə bilmələri üçün qanunlar və siyasətlər tətbiq etməyi tələb edirik”.

Qeyd edək ki, hicab qanun layihəsi ilə bağlı sentyabrın 22-də Beynəlxalq Əfv Təşkilatı da bəyanat yayıb və Tehran hökumətinin qadınlara qarşı təhqiramiz siyasətini pisləyib.

Related Articles

Bir cavab yazın

Back to top button