Dünya

BMT-nin İran üzrə xüsusi məruzəçisinin mandatı ilə bağlı 37 təşkilat birgə bəyanat yaydı

Onlar xüsusi məruzəçinin mandatının müddətinin uzadılmasını istəyiblər.

İranda bir qrup insan haqları fəalı, 37 İran, regional və beynəlxalq insan və vətəndaş haqları təşkilatları ilə birlikdə birgə bəyanat yayaraq, BMT-nin İnsan Haqları Şurasını xüsusi məruzəçinin mandatının vaxtının uzadılması ilə bağlı qətnamənin lehinə səs verməyə çağırıb.

Bəyanatda BMT-nin İnsan Haqları Şurasının 49-cu sessiyasında üzv dövlətlər  İranda İnsan Haqları üzrə xüsusi məruzəçi Cavid Rəhmanın səlahiyyətlərinin uzadılmasını dəstəkləməyə çağırılıb.

Bəyanatı imzalayanlar insan haqlarının geniş və sistematik şəkildə pozulması ilə bağlı İran hakimiyyətinin toxunulmazlığını nəzərə alaraq, missiyanın müddətinin uzadılmasını zəruri hesab ediblər.

Onlar İranda azyaşlıların edam edilməsini, beynəlxalq qanunlara əsasən ağır sayılmayan cinayət əməllərinə görə məhkumlara ölüm cəzasının verilməsini beynəlxalq qanunlara zidd hesab ediblər.

Bundan əlavə, İranda İnsan Haqları üzrə xüsusi məruzəçinin əvvəlki hesabatında vurğulandığı kimi, qanunda və praktikada qadınlara və qızlara, milli, dini və ya dil azlıqlarına mənsub şəxslərə qarşı ayrı-seçkilik siyasəti yürüdüldüyünü bildiriblər.

“Belə bir şəraitdə İranda İnsan Haqları üzrə xüsusi məruzəçinin BMT-nin İnsan Haqları Şurasına monitorinq, sənəd və hesabat verməklə bağlı səlahiyyət müddətinin uzadılması həmişəkindən daha vacibdir”-deyə, bəyanat müəllifləri qeyd ediblər.

Related Articles

Bir cavab yazın

Back to top button