Dünya

BMT-nin Üçüncü Komitəsi, İranda insan haqlarının geniş pozulduğunu qınayıb

BMT-nin Üçüncü Komitəsi, İranda insan haqlarının geniş pozulduğunu qınayıb. Bu komitə Aban ayının 26-sı bir qətnamə təsvib etməklə İranda insan haqlarının sistematik və açıqcasına pozulduğunu qınayıb. Qətnamə 79 müvafiq səs, 30 müxalif və 71 mümtəne səslə təsvib olunub.

Qətnamədə edam hökmləri sayına, özbaşına geniş və sistematik tutuqlamalar, məhbusların tibbi müalicə və xidmətlərdən qəsdən məhrum edilmələri, Evin Zindanında zindanilərlə pis davranış, insan haqları müdafiəçilərinin incidilməsi, zindanilərdən etiraf almaq üçün işkəncə və şübhəli ölümlər vurğulanıb.

Eləcə də qeyd olunub ki, cürm törədərkən yaşları 18-dən aşağı olanların edam edilmələri Uşaq Haqları Uluslararası Konvansionun pozulmasıdır.

Qətnamədə 1398-ci ilin Dey ayı və 1399-cu ilin Aban ayında sakit etirazlarda tutuqlananlar barədə vurğulanıb.

İranın BMT-də səfiri Zəhra İrşadi bu qətnamənin təsvib olunmasını “mövcud gerçəkliklərin təhrif edilməsi” adalandırıb və bu qətnamənin rəyə qoyulmasını “sədaqətsiz və müdafiə oluna bilməyə bir siyasi hərəkət” olduğunu deyib.

Qətnaməni oturumunda İrana yaxın bir neçə ölkə belə insan haqları qətnamələrinin hansısa bir ölkəyə qarşı çıxarılmasını tənqid ediblər.

Related Articles

Bir cavab yazın

Back to top button