Azərbaycan

BMT Qarabağda minaların təmizlənməsində Azərbaycana kömək edəcək

BMT, Ərazilərin Minalardan Təmizlənməsi Xidmətinin (UNMAS) Qarabağda təcili yerləşdirməsi ilə bağlı digər bölmələrlə işləyir.

Bu barədə BMT-nin Sülhməramlı Əməliyyatlar Departamentinin nümayəndəsi RİA “Novosti”yə bildirib.

Adı açıqlanmayan nümayəndə “UNMAS-ın Dağlıq Qarabağ zonasında minaların təmizlənməsində Azərbaycana kömək etməyi planlaşdırırmı” sualına cavabında deyib:

“BMT, Ərazilərin Minalardan Təmizlənməsi Xidmətinin və təşkilatın digər qurumları ilə əlaqəli olaraq, tərəflərin tələb etdiyi kömək kontekstində təcili yerləşdirmə üzərində işləyir. Ehtimal olunur ki, missiya tərəflərin yerlərdə ehtiyaclarını nəzərə alaraq dekabr ayının əvvəllərində öz işinə başlayacaq”

Related Articles

Bir cavab yazın

Back to top button