Dünya

”Qardaş xalq” söhbəti bitdi, sərhəddə hasar çəkəcəyik” – Zelenskinin müşaviri

“Müharibədən sonra Ukrayna ilə Rusiya arasında möhkəm sərhəd qurulacaq və daha “qardaş xalqlar”dan söhbət getməyəcək”. Bunu Ukrayna Prezident Aparatı rəhbərinin müşaviri Mixail Podolyak deyib.

Sülh sazişindən sonra Ukrayna ilə Rusiya arasında münasibətləri necə gördüyü ilə bağı suala Podalyakın cavabı belə olub: “Mən bunu qətiyyən görmürəm. Geriyə və “qardaş xalqlardan” danışmağa yol yoxdur.

Körpülər uçuruldu. Biz möhkəm sərhəd yaradacağıq və Rusiyaya layiq olduğu şəkildə – bizi öldürmək üçün evimizi işğal edən ölkə kimi soyuqqanlı davranacağıq”.

Belarusla münasibətlərə gəlincə, Podalyak Minskin Rusiya ilə müttəfiqlik etməklə çox böyük səhvə yol verdiyini bildirib: “Maliyyə və enerji baxımından Rusiyadan asılıdırlar.

Müttəfiqlik sazişləri ilə əlaqədar Rusiyaya öz ərazisindən istifadə etməyə icazə veriblər. Vəziyyət çox pisdir, lakin biz Belarusun Putinin girovu olduğunu və müharibədə fəal iştirak etmədiyini düşünürük.

Lakin bu, hərbi əməliyyatlar başa çatdıqdan sonra Belarusa hüquqi iddialar irəli sürəcəyimiz faktını dəyişdirmir. Təfərrüatları gözləməliyik”. (azpost.info)

Related Articles

Bir cavab yazın

Back to top button