Jannah Theme License is not validated, Go to the theme options page to validate the license, You need a single license for each domain name.
Azərbaycan

“İran məsulları Azərbaycana ögey bölgə kimi baxırlar”-Keçmiş vali

Şərqi Azərbaycan əyalətinin keçmiş valisi Məhəmmədəli Sübhanullahinin İran hökumətinin Azərbaycan bölgələrinə balı münasibəti barədə danışdığı video sosial mediada geniş yayılıb.

Şərqi Azərbaycan əyalətinin keçmiş başçısı Məhəmmədəli Sübhanullahinin İran hökumətinin Azərbaycan bölgələrinə yad münasibəti və ayrı-seçkiliyi barədə çıxışı sosial mediada geniş yayılıb.

Şərqi Azərbaycan əyalətinə önəmli sərmayə qoyulmadığını, başqa bölgələrə nisbətən ayrı-seçkiliklə üzləşdiyini deyən Subhanullahi bu günədək əldə edilən uğurların yalnız Azərbaycanın özünün qazandığını, bunun mərkəzə aidiyyatı olmadığını söyləyir.

“Bir vaxtlar Təbrizdə 10 xarici ölkənin baş konsulluğu var idi. Bu gün bu say ikiyə enib”-deyə, keçmiş vali Azərbaycan və Təbrizin geri saxlanıldığını qeyd edir.

Qeyd edək ki, İranın rəhbəri Əli Xaməneyinin indiki baş müşaviri, keçmiş xarici işlər naziri Əliəkbər Vilayəti və digər rəsmilər Azərbaycan bölgələrinə sərmayə qoyuluşunun yanlış olduğunu vaxtaşırı dilə gətiriblər. Onlar bunu Azərbaycan bölgələrinin İran tərkibində qalıb-qalmayacağının şübhə altında olduğu ilə əlaqələndiriblər.

Related Articles

Bir cavab yazın

Back to top button