İran

İran Silahlı Qüvvələri Xəzər dənizi sahillərindən çıxarılıb

İran Silahlı Qüvvələrinin Baş Qərargahı yaydığı məlumatda qoşunların Xəzər dənizi boyunca qeyri-əməliyyat zonalarından çıxarıldığnı elan edib

İran Silahlı Qüvvələrinin Baş Qərargahı yaydığı məlumatda qoşunların Xəzər dənizi boyunca qeyri-əməliyyat zonalarından çıxarıldığnı elan edib.

“Aznews tv” xəbər verir ki, İran Silahlı Qüvvələrinin Rabitə və Müdafiə Təbliğat Mərkəzi bəyanat yayaraq, bütün silahlı qüvvələrin Xəzər dənizi sahillərindən geri çəkildiyini açıqlayıb.

İran İslam Respublikası Prezidentinin qərarına əsasən və ölkənin Silahlı Qüvvələrin Baş Qərargah rəisinin Silahlı Qüvvələrin tabeliyində olan bölmələrinin Xəzər dənizi sahilində qeyri-əməliyyat zonalarından çıxarılması barədə əmri ilə həmin bölgələrə müfəttiş heyəti gələrək yerində nəzarət və yoxlama aparılıb.

Qeyd edək ki, ötən ay İran prezidenti İbrahim Rəisi dövlət təşkilatı tərəfindən tutulan Xəzər dənizinin sahil zolağının boşaldılmasına göstəriş verib.

Related Articles

Bir cavab yazın

Back to top button