İran

Güney azərbaycanlı yazıçı barəsində həbs qərar çıxdı

Güney Azərbaycanın tanınmış yazıçısı, tərcüməçi və şair Mehdi Səlimi Tehran İnqilab Məhkəməsinin 26-cı şöbəsi tərəfindən 3 il 8 ay həbs cəzasına məhkum edilib.
Məhkəmə gənc yazıçıya verilən həbs cəzasının 2 il 6 ayının 5 il müddətinə təxirə salınması barədə qərar verib.
Bununla yanaşı Mehdi Səliminin 5 il müddətinə ölkədən çıxışına, ictimai, siyasi fəaliyyətlərdə iştirakına, təşkilat və qruplarda üzvlüyünə qadağa qoyulub.
Gənc yazıçı 5 il ərzində ayda bir dəfə olmaqla həftənin cümə axşamları Tehranın şəhdilər qəbristanlığında icbari işləməyə, “normal həyat tərzini öyrənmək üçün” Qum şəhərinin dini və psixoloji mərkəzində təhsil almağa məhkum edilib.
Bundan başqa o, Tehranın İslami Mədəniyyət və Maarif Təşkilatı ilə ilgili şəkildə “islami yaşayış və mənəviyyat, mədəniyyət”lə bağlı 120 səhifəlik araşdırma əsəri yazmağa məhkum olunub.
Ona qarşı “rejim əleyhinə təbliğat aparmaq, insanları əxlaqsızlığa sövq etmək, ölkənin əmniyyətinə qarşı cinayət törətməkdə iştirak etmək və dini müqəddəsləri təhqir etmək” kimi ittihamlar irəli sürülüb.
M.Səlimi barəsində verilən hökmlə bağlı məhkəməyə məktub göndərib və həbs müddətinin 2 il 6 ayının 5 il müddətinə təxirə salınması barədə qərarın onu daimi nəzarətdə saxlamağa hesablandığını bildirib.
O, məktubunda qeyd edib ki, məhkəmə iclaslarında onun ona qarşı irəli sürülün ittihamlarla bağlı heç bir əsaslı sübut ortaya qoyulmayıb.
“Barəmdə çıxarılan 3 il 8 ay həbs qərarı verilən minlərlə başqa qərarları nəzərə alsaq mənim üçün qeyri-adi və gözlənilməz olmadı”-deyə, M.Səlimi İran məhkəmə sisteminin ədalətsizliyinə işarə edib.
Yazıçının “nəzəri zorakılıq” adlı məqalə toplusu və “Siyavuşlar mərsiyəsi” adlı uzun romanı çap edilib.
M.Səlimi eləcə də bir sıra roman, fəlsəfə kitabları ilə bağlı məqalələr və şərhlər yazıb.

Related Articles

Bir cavab yazın

Back to top button