Dünya

Bori̇s Consondan koronavi̇rusun mutasi̇yaya uğramış növü i̇lə bağlı xəbərdarlıq

Böyük Britaniyanın Baş vəziri Boris Conson koronavirusun mutasiyaya uğramış növünün “SARS-CoV-2”dən daha ölümcül olduğunu bildirib. Conson ölkədə istifadə edilən “Pfizer” və “AstraZeneca” vaksinlərinin virusun mutasiya etmiş yeni növünə qarşı təsirli olduğundan əminliyini vurğulayıb. Məlumata görə, koronavirusun Britaniyada yayılan yeni növünə yoluxan 13-14 nəfərdən 10-u ölüb. Qeyd edək ki, Britaniya COVID-19-dan gündəlik ölüm sayına görə, dünyada birinci yerdədir.

Related Articles

Bir cavab yazın

Back to top button