İran

İranın neft-kimiya zavodunda güclü yanğın olub

Yanğının geniş sahəni əhatə etdiyi bildirilir.

Yerli vaxtla saat 18:30 radələrində İranın İsfahan əyalətinin Qolpayqan şəhərində yerləşən neft-kimiya zavodunda güclü partlayışdan sonra yanğın olub.

İlkin məlumatlara görə, yanğın neft-kimiya zavodunun polimer məhsullar saxlanılan anbarında meydana gəlib.

İsfahan əyalətinin Böhran İdarəetmə Mərkəzinin başçısı Mənsur Şişəfuruş ətraf şəhərlərdən yanğın yerinə çox sayda yanğınsöndürmə texnikasının cəlb olunduğunu bildirib.

Əhəmiyyətli iqtisadi müəssisəsədə yanğının baş vermə səbəbləri və insan itkisi barədə əlavə məlumat verilməyib

Related Articles

Bir cavab yazın

Back to top button