Dünya

Robert Mali ABŞ Konqresinə məxfi hesabat təqdim edəcək

"Aznews tv"ın xəbərinə görə, bu barədə "The Washington Free Beacon" məlumat yayıb.

Robert Mali Amerikanın İran üzrə xüsusi nümayəndəsi kimi fəaliyyətə başladıqdan sonra ilk dəfə olaraq Konqresə Vyana müzakirələri ilə bağlı gizli hesabat təqdim edəcək.

“Aznews tv”ın xəbərinə görə, bu barədə “The Washington Free Beacon” məlumat yayıb.

Bildirilir ki, Mali daha öncə cümhuriyyətçilərin tələbi ilə hesabat verməyi rədd etmişdi. Amma cümhuriyyətçi senatorların Bayden administrasiyasını tənqid və təzyiqlərə məruz qoyması səbəbindən o, bu gün, fevralın 8-də Vyana danışıqları ilə bağlı sözügedən məxfi və kateqoriyalaşdırılmış sənədi ABŞ Konqresinə təqdim edəcək.

Malinin hesabatı “online” formatda təqdim edəcəyi gözlənilir.

O, bir gün sonra, fevralın 9-da isə Amerika Senatının Xarici Əlaqələr Komitəsinin üzvləri ilə gizli görüşdə nüvə danışıqları ilə bağlı hesabat təqdim edəcək.

Related Articles

Bir cavab yazın

Back to top button