İran

Şərqi Azərbaycan vilayətində koronavirusla bağlı son vəziyyət açıqlanıb

Şərqi Azərbaycan ustanında koronavirusa yoluxanların sayı yüzdə 10 artıb. Bu barədə Təbrizin tibb elmlər Danişqahının rəisi Məhəmməd Hüseyn Somi bilgi verib. Danişqah rəsmisi Əcəbşerdə keçirilən koronavirusla mübarizə toplantısında bu həftə Mərənd, Şəbistər, Binab və Məlikanda virusa yoluxma və ölüm hallarının sayına görə artım olduğunu bildirib. Məlumata görə, həmin ərazilər sarı məntəqə hesab edilir. Əcəbşerdə isə durum narıncı olaraq qiymətləndirilir. Məhəmməd Hüseyn Somi koronavirusa yoluxma və mərizlikdən ölüm hallarının daha da artmaması üçün əhaliyə çağırış edərək sağlıq protokollarını riayət etməyin vacibliyini vurğulayıb.

 

Related Articles

Bir cavab yazın

Back to top button