İran

Qərbi Azərbaycan vilayətində PKK terrorçuları aktivləşib

İran hökuməti tərəfindən Qərbi Azərbaycan vilayətində fəallaşan PKK terrorçularına “mədəni fəaliyyət” adı altında dəstək verilir. Belə ki, rejimin dəstəyi ilə beynəlmiləl festivallarda Qərbi Azərbaycan əyalətini kürdlərin rəqs və folklor qrupları təmsil edir. Kürdlərin silahlı təşkilatı olan “PEJAK”ın üzvü Arman Simitqona bağlı olan Məsud Şəmsnejad Urmuda “Dilan Urmiyə” rəqs qrupu adı altında fəaliyyət göstərir.
2018-ci ilin fevriyyəsində təsis edilən qrup İran hökumətinin təqdimatı əsasında Avropa Folklor Birliyi və UNESCO-ya üzv olub. Qrup 2018-ci ilin yayında İran və Urmunun mədəniyyət səfiri kimi Ermənistanda keçirilən beynəlmiləl festivalda iştirak edib. Həmin ilin novambrında isə hökumət tərəfindən İspaniyada keçirilən başqa bir beynəlmiləl festivala göndərilib.
Qeyd edək ki, Arman Simitqo ötən əsrin əvvəllərində Güney Azərbaycanın bir sıra bölgələrində, özəlliklə də Urmu və ətraf şəhərlərdə Azərbaycan türklərinə qarşı qırğın törətmiş məşhur İsmayıl Simitqonun nəvəsidir.

Related Articles

Bir cavab yazın

Back to top button