İran

Britaniya hökuməti iranlı mühacirlərə səsləndi: “Ruandada yaşamaq yoxsa İrana geri qayıtmaq istəyirsiniz?

Britaniyanın Daxili İşlər Nazirliyi La-Manş dənizi vasitəsilə bu ölkəyə gələn birinci miqrant qrupunun geri göndərilməsinə yaxın günlərdə başlanılacağını bildirib.

Buna görə də, çoxları İran və Əfqanıstan vətəndaşlarından ibarət olan miqrant qrupunun qarşısına seçim qoyulub. Belə ki, onlar Afrika ölkəsi olan Ruanda da öz həyatlarına davam edə yaxud İrana geri qayıda bilərlər. Hər iki seçimdə həmin mühacirlər Britaniya hökuməti tərəfindən geri göndəriləcəklər.

“The Guardian” qəzeti mühacirlərin Ruandaya göndərilmələri ərəfəsində sığınacaq üçün müraciət etmələrindən sonra Britaniya Daxili İşlər Nazirliyinin sənədlərinə diqqət çəkərək yazıb ki, hökumət öz ölkəsinə geri dönmək istəyən mühacirləri ölkələrinə təhvil verə bilər.

Sığınacaq üçün müraciət edən miqrantların bu istəyi Britaniya hökuməti tərəfindən rədd edilib. Çünki həmin şəxslər Britaniya ərazisinə La-Manş kanalı vasitəsilə qanunsuz yollarla və kiçik qayıqlarla gəliblər.

Qeyd edək ki, bu ilin ilk 3 ayı ərzində İrandan getmək məcburiyyətində qalan 722 mühacir qeyri-qanuni yollarla Britaniyaya daxil olub. Bu isə 1094 mühacirlə bu ölkəyə gələn Əfqanıstan vətəndaşlarından sonra ikinci göstərici hesab edilir.

Related Articles

Bir cavab yazın

Back to top button